Windjammer
ELITE MEMBER
- Joined
- Nov 9, 2009
- Messages
- 41,319
- Reaction score
- 181
- Country
- Location
14/07/2016 19:56
ADEX-2016: JF-17 “Thunder” Bakıya gətiriləcək-EKSKLÜZİV
Foto: AzeriDefence
Pakistan istehsalı olan JF-17 “Thunder” döyüş təyyarəsi sentyabr ayının 27-dənn 30-dək Bakıda keçiriləcək ADEX-2016 beynəlxalq müdafiə sərgisində nümayiş olunacaq.
“AzeriDefence”nin məlumatına görə, döyüş təyyarəsi Bakı Ekspo Mərkəzinin açıq ekspozisiyasında əyani şəkildə nümayiş etdiriləcək.
Təyyarə Pakistandan Bakıya və geriyə uçuş edəcək.
Təyarənin istehsalçısı Pakistan Aeronautical Compleksdir (PAC). İstehsalçı sərgidə təyyarənin döyüş yükünü və digər imkanlarını sərgiləyəcək.
Pakistan tərəfi Azərbaycanla JF-17 “Thunder” döyüş təyyarəsinin alğı-satqısı üzrə danışıqların getdiyini açıqlayıb. 2014-cü ilin sonlarında Pakistan təyyarələrin ixracında əsas problemlərdən olan mühərrrik məsələsini Rusiya ilə müqavilə bağlayaraq çözüb. Qeyd edək ki, buna qədər Pakistan özü üçün istehsal etdiyi təyyarələrin mühərrikini Çin vasitəsi ilə Rusiyadan alıb. PAC nümayəndələri “AzeriDefence” yə təyyarənin Azərbaycana satışında qarşıya çıxan radar və radioelektron mübarizə sistemləri ilə bağlı problemin də çözüldüyünü qeyd ediblər.
Qeyd edək ki, mövcud JF-17 təyyarələrində Fransanın THALES şirkətinin istehsalı olan radar və radioelektron mübarizə sistemləri yer alır.
“AzeriDefence” jurnalının baş redaktoru Rəşad Süleymanov JF-17 “Thunder” təyyarəsinin təqdimatında
http://az.azeridefence.com/adex-2016-jf-17-thunder-bakiya-getirilecek/